Adolat Aznaurovanın azxeber.com-a veridiyi məlumata görə, rektor onun imtahana buraxılmaması üçün verdiyi tapşırığı ləğv edərək, 2 min AZN-ni də istəməyib: «Rektorun qəbulundan indi çıxdım. O mənə dövlət imtahanına buraxılacağımı dedi. Təhsilim üçün əvvəl tələb edilən 2 min AZN-nin isə ləğv edildiyini dedi».
Xatırladaq ki, Əhməd Vəliyev ötən gün bu məsələ ilə bağlı açıqlamasında tələbənin kəsirlərinin olduğu üçün imatahana buraxılamdığını demişdi: «Əvvəla onu deyim ki, bizim universitetdə «Beynəlxalq münasibətlər» fakültəsinin illik ödənişi 4000 AZN-dir. Onlar ABU-dan «köçürmə» ilə bizə gəldikləri üçün onlara güzəşt edilib və 2000 AZN ödəniş istənilir. Mən çalışıram ki, hamıya hörmət edim. Əgər tələbənin digər imtahanlardan kəsri varsa, o zaman onun Milli Qəhrəman qızı olması bizim üçün fərq etmir. Ola bilsin ki, onun kəsirləri olduğu üçün dövlət imtahanına buraxılmayıb. Mən bu məsələni araşdıracam».
Adolat Aznaurova isə bundan sonra verdiyi müsahibədə heç bir kəsirinin olmadığını, onun ödəniş etmədiyi üçün dövlət imtahanına buraxılmadığını demişdi.