Çin hökuməti bu gün qeyri tolerant və dini ayrı-seçkiliyə səbəb olacaq bir addım atıb. Belə ki, ölkənin uyğur türklərinin yaşadığı ərazilərdə və xüsusən Sincan bölgəsində yaşayan dövlət orqanlarında çalışan məmurların oruc saxlamasına qadağa qoyulub.
Qadağa şimal bölgəsində yerləşən universitetlərin tələbələrinə şamil edilib. Bu qeyri-insani yasaq hökumətin KİV resurslarından bildirilib və rəsmi internet saytlarında yerləşdirilib.
çap et