Onun sözlərinə görə qurultay saat 11-də Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) qərargahında keçiriləcək. «Qurultay media üçün açıq olacaq. Qurultayda partiyanın yaradılması haqqında qərar və nizamnamə qəbul olunacaq. Bununla yanaşı, insan hüquqları ilə bağlı bəyanatımız ictimaiyyətə çatdırılacaq».
S. Əkbər onu da söyləyib ki, partiyanın xüsusi ideoloji xətti olacaq. «Bir çox partiyalardan fərqli olaraq siyasi-ideoloji partiya olacağıq. Azad Demokratlar Partiyası liberalizmi və nümayəndəli demokratiyanı qəbul edir. Liberal-demokratiyanı qəbul edən sağ-mərkəzçi partiya təsis edirik».