Şimali Koreya «lideri» son qurbanları olan yüksək rütbəli zabitlərə nə az - nə çox, düz 10 km. məsafəni üzərək qət etmələrini əmr edib. Əmri icra etməkdən boyun qaçıracaqları təqdirdə daha dəhşətli işgəncələrə məruz qalacaqlarını bilən dənizçi komandirlərin diktatorun tapşırığına boyun əyməkdən başqa çarələri qalmayıb. 10 zabitin tapşırığın öhdəsindən gəlməsi Şimalı Koreya «lideri»nin üzünü güldürüb. Yayılan xəbərdə diktatorun sınaq zamanı üzən zabitlərini həvəsləndirmək üçün onlara tez-tez «irəliyə zabitlərim» dediyi qeyd olunur.