Həmin xırdalıqları da həll etdikdən sonra «Liverpool»lular 20 yaşlı oyunçu ilə uzunmüddətli müqavilə imzaladı. İmzalama törənindən sonra media nümayəndələrinin qarşısına çıxaraq çoxsaylı sualları cavablandıran futbolçu «bu ailənin bir parçası olmaqdan və bu gün burda olduğum üçün çox şanslıyam. Komandamın uğurları üçün əlimdən gələnin ən yaxşısını edəcəyimə əminəm» sözləri ilə londonlulara mesajını göndərmiş oldu.
İngilis mediasının dediyinə görə, «Liverpool» oyunçu üçün keçmiş klubuna 9,7 milyon funt-sterlinq ödəyəcək.