Vaxt.Az

Rodrigesin seçimi


 

Kolumbiyalı Braziliyada başlatdığı fırtınanı İspaniyaya daşımaq istəyir

Rodrigesin seçimi Dünya çempionatı Cənubi Amerikada keçirilməsinə baxmayaraq, Avropa klubları arasında futbolçu davası qızışıb. Bu davada mundialda ulduzu parlayan Kolumbiya millisinin gənc istedadı Ceyms Rodrigesin də (James Rodriguez) adı çəkilir.


Varlı Avropa nəhənglərinin transfer gündəmini məşğul etməyi bacaran istedadın keçidində İspaniyanın kral klubu «Real» (Madrid) digərlərinə baxanda daha şanslı görünür. Vaxt.az-ın xarici mətbuatdan əldə etdiyi məlumata görə, madridlilər yarımmüdafiəçiyə görə heç kəsin ürək etmədiyi fantastik bir rəqəm ortaya qoyub. Fransızların bir «hə» kəlməsinə ispanlar 80 milyon avro (100 milyon dollardan artıq) ödəməyə hazırdılar.

Xatırladaq ki, ulduz futbolçu ötən mövsüm «Monaco»ya bu qiymətin demək olar ki, tən yarısına başa gəlmişdi. Marsellilər kolumbiyanın 10 nömrəsi üçün Portuqaliya klubuna (Porto) 45 milyon avro ödəmişdi. «Monaco»da zəngin bir mövsüm keçirən Rodrigesin Braziliyada da debüt edəcəyi gözlənilən idi. Kolumbiya forması ilə DÇ-2014-də 5 qol 2 qol ötürməsi ilə adı mundialın ulduzları arasında çəkilən 22 yaslı futbolçu böyük ehtimalla növbəti ildən karyerasının pik nöqtəsinə adlamış olacaq. Dünya çempionatının bitməsinə günlər qalmasına baxmayaraq kolumbiyalı göstərdiyi baxımlı futbolla uzun müddət futbol fanatlarının yaddaşlarından silinməyəcəyini təsdiqləyib.

Braziliya mundialı bitməzdən bir gün qabaq – iyulun 12-də Rodrigesin 23 yaşı tamam olacaq.

 





04.07.2014    çap et  çap et