Vaxt.Az

MDİ Azərbaycanda bağlandı


 

«Rəngli inqilablar» xülyası ucbatından təşkilatın günü qara olmuşdu

MDİ Azərbaycanda bağlandı Barəsində bir çox qalmaqallı və ittiham xarakterli məlumatlar yayılan ABŞ-ın Milli Demokratiya İnstitutunun (MDİ) Azərbaycan ofisi bağlanıb. Modern.az saytı xəbər verir ki, bu barədə «Vestnik Kavkaza» portalı məlumat yayıb. Məlumata görə, MDİ-nin iyul ayının 2-də ofisi bağlanıb.


Modern.az-ın əməkdaşı məsələylə əlaqədar Azərbaycanın  Ədliyyə Nazirliyilə əlaqə saxlayıb, amma nazirlikdən xəbərə münasibət bildirilməyib. 

Qeyd edək ki, MDİ Azərbaycanda «rəngli inqilablar»a dəstək verməkdə, onun təşkilatçılarına maliyyə dəstəyi verməkdə ittiham olunurdu. İddialara görə, MDİ Azərbaycanda hakimiyyətə qarşı olan bəzi müxalif dairələrə maddi yardım ayırıb. 

MDİ-nin «Facebook və rəngli inqilablar» həyata keçirmək üçün 2 milyon dollar pul xərclədiyi də ittihamlar sırasında yer alıb.

 





03.07.2014    çap et  çap et