AYB Mətbuat Xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Anar dediklərinin qərəzli şəkildə təhrif edildiyinə görə, ucuz sensasiya xətrinə sözlərini kontekstdən çıxarıb, öz məqsədlərinə uyğun şəkildə təqdim etdiklərinə görə müəyyən mətbuat orqanlarına və bəzi saytlara müsahibə verməyəcək.
Anarın həmin mətbuat orqanları barəsində dediyi fikirlər isə belədir: «Özlərinə zəhmət verib təxribatçı suallarla mənə müraciət etməsinlər, cavab almayacaqlar».