Vaxt.Az

Kimlər əyilə-əyilə kimlərin evindən çıxır?


 

Bəs 9 il ərzində milyoner olan hüquq müdafiəçilərin əlləri kimlərin cibindən çıxır?

Kimlər əyilə-əyilə kimlərin evindən çıxır? İnsan haqları məsələsində Azərbaycan hakimiyyətinin qatı tənqidçilərindən biri, Media Hüquqları İnstitutunun rəhbəri Rəşid Hacılı respublikanın hərbi prokuroru Xanlar Vəliyevin qohumu imiş.


Vaxt.az Virtualaz.org saytına istinadən xəbər verir ki, bu maraqlı detal jurnalist Eynulla Fətullayevin haqqin.az saytında dərc olunmuş «Onlar İlham Əliyevin «tarix lokomotivinin» təkərləri altında qaldılar» başlıqlı araşdırmasında yer alıb. Belə məlum olur ki, Rəşid Hacılı Xanlar Vəliyevin bacanağıdır. R.Hacılı insan hüquqları sahəsinə o qədər də uzaq olmayan keçmişdə - 2006-cı ildə gəlib. Həmin il mayın 26-da Ədliyyə Nazirliyi onun Media Hüquqları İnstitutunu rəsmi qeydiyyata alıb. 2006-2013-cü illər ərzində R.Hacılı Amerika fondları NED, İREX, Soros Fondu, Böyük Britaniya səfirliyi, Avropa Şurası və ATƏT-dən üst-üstə 1 milyon 613 min 96 manat məbləğində qrantlar alıb. «Təkcə son iki il ərzində Xanlar Vəliyevin qohumu 626 min 537 manat qrant əldə edib. Bu pulların böyük hissəsi onun tərəfindən rahatlıqla mənimsənilib. Ağ və qara mühasibatlıq, ikili maaşlar (əməkdaşlar bir məbləğə qol çəkir, ayrı məbləğ alır), eyni ofisdə müxtəlif otaqların icarəsi üçün ayrılan qrantların mənimsənilməsi «azadlıq uğrunda mübarizə aparan» Rəşidin fəaliyyətindən ancaq bir neçə epizoddur. Azadlıq uğrunda mübarizədə fasilə edəndə Rəşid Hacılı bahalı «CİP»-də gəzir. Azərbaycan inqilabının atalarının tarixçəsində belə şeylər də olur» - deyə araşdırmada bildirilir.

Digər müxalifətçi - insan haqları müdafiəçisi, hüquqşünas İntiqam Əliyevin «Hüquqi maarifçilik cəmiyyəti» də Amerikanın NED, onun avropalı analoqu, isveçli korrupsioner və neft lobbisti Karl Bildtin EED fondundan, Norveçin «İnsan haqları evi» təşkilatından, Çexiya səfirliyindən, Avropa İttifaqından, ATƏT-dən 2003-2014-cü illər ərzində 1 milyon 618 min 165 min manat qrant alıb.

İ.Əliyevin müxalifətçi Ənnağı Hacıbəyli ilə birlikdə təsis etdiyi Azərbaycan Hüquqşünaslar Assosiasiyası isə həmin dövrdə göstərilən mənbələrdən 260 min 232 manat alıb.

Gənc iqilabçıların sıralarına son vaxtlar qoşulan Rəsul Cəfərov da qrant yeməkdə onlardan geri qalmır. Məqalədə deyilir ki, R.Cəfərov hazırda Amerika xüsusi xidmət orqanlarının agenti Rebekka Vinsentlə birlikdə xaricdə işləyir və «Sing for Democracy, «Art for Democracy» kimi layihələrə yüz minlərlə dollar qrant alıb.

«Rəsul Cəfərov bu qrantları uğurla həzm-rabedən keçirib. Buna baxmayaraq 2012-2013-cü illərdə hakimiyyətə qarşı ciddi müqavimət təşkil etməyə də nail olmayıb» - deyə məqalədə vurğulanır.

 





04.07.2014    çap et  çap et