2006-cı ildə Rusiyada yaşayan gürcülərin kütləvi saxlanması və köçürülməsi ilə bağlı Gürcüstan bu ölkəyə qarşı AİHM qarşısında iddia qaldırmışdı. Xatırladaq ki, bu hadisə Tbilisidə xəfiyyəlikdə günahlandırılan rus hərbçilərinin saxlanmasından sonra baş vermişdi.
AİHM Rusiyanı Avropa İnsan Hüquqları Konvensiyasının bəzi maddələrini pozmaqda, o cümlədən kütləvi köçürülmə, qeyri-insani davranış, qərəzli əsaslarda tutulma və saxlanma və sairədə təqsirli bilib.