Vaxt.Az

«Vuracağıq!»


 

Ukrayna Rusiyaya xəbərdarlıq etdi

«Vuracağıq!» Ukrayna Rusiyaya sərhədi pozduğu təqdirdə helikopterlərinin vurulacağı haqda xəbərdarlıq edib. Axar.az xəbər verir ki, Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Andrey Parubiy bilidirib ki, Rusiyanın iki «Mİ-8» və bir «Mİ-24» helikopterləri Ukraynanın hava məkanında kəşfiyyat apararaq sərhəd pozuntusuna yol verib.


Parubiyin açıqlamalarına görə, Ukrayna sərhədi pozulduğu təqdirdə dərhal müdaxilə olunacaq və helikopterlər vurulacaq. Gün ərzində bir neçə sərhəd pozuntusu olduğunu açıqlayan Ukrayna hakimiyyət orqanları Rusiya tərəfinə ciddi xəbərdarlıq göndərsələr də, qarşı tərəfdən hələ heç bir cavab gəlməyib.

Xatırladaq ki, bir müddət bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi son vaxtlar Ukraynada baş verən təxribatlarla əlaqədar narahatçılığını ifadə edərək, vətəndaşların təhlükəsizliyi məqsədilə hər iki ölkənin sərhəd ərazilərində təcili addımlar atmağa çağırmışdı.

 





04.07.2014    çap et  çap et