Vaxt.Az

Merkel Obama ilə telefonla danışdı


 

Qərb liderləri həmişəki mövzusu Ukraynadır

Merkel Obama ilə telefonla danışdı Almaniya kansleri Angela Merkel Ukraynada baş verən hadisələrlə bağlı ABŞ prezidenti Barak Obama ilə fikir mübadiləsi aparıb.


ANS PRESS-in məlumatına görə, Merkel Ukrayna prezidenti Petro Poroşenko və Fransa prezidenti Fransua Ollandla telefon söhbətinin məzmununu Obamaya danışıb.

Ukrayna prezidenti Petro Poroşenko və Fransanın başçısı Fransua Ollandla telefon söhbətinin gedişatında Almaniya kansleri Angela Merkel bildirib ki, o, Ukraynadakı vəziyyətlə bağlı informasiyanı ABŞ prezidenti Barak Obama ilə bölüşür.

«Angela Merkel bildirdi ki, o, başqa dövlətlərin liderləriylə telefon söhbətlərində Ukrayna mövzusunu fəal müzakirə edir», - deyə Ukrayna prezidentinin rəsmi saytında yazılıb.

 





04.07.2014    çap et  çap et