Sərkisyan bu ölkələrin ali idarəetmə başçıları ilə görüşü gözlənilir. Görüşlər zamanı iki tərəfli əlaqələrin gücləndirilməsi üzərində danışıqlar gözlənilir. Səfər zamanı Sərkisyan olduğu ölkələrin erməni icması ilə də görüşlər keçirəcək.
Qeyd edək ki, mövcud olduğu bölgədə Rusiyanın «vassalı» kimi tanınan və iqtisadiyyatının böyük faizinin RF şirkətləri nəzdində olan Ermənistan, qonşu ölkələrə də torpaq iddiası etdiyindən mənfi reytinqə sahibdir. Bundan əlavə iqtisadiyyatı yalnız xarici yardım hesabına saxlanılan Ermənistanın uzaq Latın Amerikası ölkələri ilə ciddi iqtisadi sazişlərin imzalanması gözlənilmir. Səfərdən sonra erməni vətəndaşlarının hökumətin bərbad yürütdüyü xarici siyasətdən xəbərləri olmaması və başlarının qatılması üçün ölkədə Latın Amerikası istehsalı olan «sabun opera»larının çoxalacağı gözlənilə bilər.