«İraqın düşmənlərini məğlub edənə qədər silahlı qüvvələrin və könüllülərin yanında döyüşməyə davam edəcəyini» ifadə edən Maliki, Qanun Dövləti Koalisiyasının məclisdə ən çox kürsüyə sahib blok olduğunu xatırladaraq, verilən səslərə vəfa borcunu şübhəsiz ödəyəcəyini» söylədi.
Qeyd edək ki, Məclis sədri Usamə ən-Nuceyfi, Malikinin, Məclis sədrliyinə namizədliyini qoymaması halında 3-cü dövr baş nazir namizədi olmayacağı istiqamətindəki şərti üzərinə, namizədlikdən çəkildiyini açıqlamışdı.
Xatırladaq ki, Son seçkilərdə, Malikinin lideri olduğu Qanun Dövləti Koalisiyası 93, Muttehidun Bloku 23, Şiə Koalisiyası 29 və Vətəniyyə Bloku 21 kürsü əldə etmişdi. Hökuməti qurmaq üçün parlamentdə 165 kürsünün lazım olduğu İraqda, Yüksək Seçki Komissiyasının açıqladığı nəticələrə görə, heç bir partiya hökuməti tək başına qurmaq üçün səs sayı təmin edə bilməmişdi.