Vaxt.Az

Əsgər yoldaşını bıçaqladı


 

Yaralı hospitaldadır

Əsgər yoldaşını bıçaqladı Azərbaycan Silahlı Qüvvələrinin əsgəri hərbçi yoldaşını bıçaqlayıb.


Hadisə Müdafiə Nazirliyinin «N» saylı hərbi hissəsində qeydə alınıb. Hərbi hissənin əsgəri Seymur Hüseynov aralarında yaranmış mübahisə zəminində əsgər yoldaşı Habil Bayramova bıçaqla xəsarət yetirib. Yaralı əsgər hospitala yerləşdirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.

Faktla bağlı araşdırma aparılır.

 





05.07.2014    çap et  çap et