Ailə, Qadin və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən (AQUPDK) APA TV-yə verilən məlumata görə, bu, Dövlət Komitəsi və BMT-nin tədqiqatda qeyd edilir ki, süni abortla dayandırılan hamiləliklərin sayı qadının yaşı və hamiləliklərin sıra nömrəsi artdıqca daha da yüksəlir. 34-35 yaş arası qadınlar arasında hamiləliklərin dörddə üç hissəsi abortla nəticələnir. Azərbaycanda abortlar əsas etibarilə ailəli qadınlar tərəfindən ikinci doğuşdan sonra nəsilverməni tənzimləmək məqsədilə istifadə olunur. İlk hamiləliklərin yalnız 2 faizi abortla nəticələnir, lakin beşinci və daha sonrakı hamiləliklərdə bugöstərici 83 faizə qalxır. Ailədə olan uşaqların sayı artdıqca abortu həyata keçirən qadınların faizi də çoxalır. Tədqiqatın nəticələrinə görə, ailəli qadınların yarıdan çoxu - 56 faizi ən azı bir abort əməliyyatı keçirib. Abort əməliyyatı keçirmişlərin faizi yaş artdıqca çoxalır. 40-44 yaşdan başlayaraq qadınların dörddə üçü - 73 faizi həyatlarında ən azı bir abort əməliyyatı etdirib.