Vaxt.Az

«İstənilən nəticə pis olacaq»


 

Britaniyanın Suriyada üsyançı ordu planı

«İstənilən nəticə pis olacaq» Britaniya hərbçiləri prezident Bəşər Əsəd rejimini devirmək üçün iki il öncə 100 minlik Suriya üsyançıları ordusunun təlim və təchiz etmə planını hazırlayırmışlar, bu barədə «BBC Newsnight» proqramı xəbər tutub.


İdeyanın təşəbbüsçüsü o zaman Britaniya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Ser Devid Riçards olub.

Plan Böyük Britaniyanın baş naziri Devid Kameron, ölkənin Milli Təhlükəsizlik Şurası və Amerika komandanlığı tərəfindən nəzərdən keçirilib, lakin nəticədə onu həddindən çox riskli biliblər.

Böyük Britaniya hökuməti məlumatı şərh etməkdən imtina edib.

Ser Devid Riçards (hazırda lord Richards) Suriyada münaqişəyə son qoymağın yalnız iki variantı olduğuna əsaslanıb: ya üsyançılar qalib gələr, ya da Əsəd, Britaniya hökumətindəki yüksək vəzifəli mənbələr xatırlayır.

 

Dəməşqə yürüş

 

O vaxtdan bəri general ordudan istefa verib. Onun ideyasını son dərəcə radikal hesab etsələr də, ötən həftə ABŞ prezidenti Barak Obama faktiki olaraq həmin ideyanı əsas tutaraq, üsyançıların təlimi üçün Konqresdən 500 milyon dollar istəyib.

Britaniya hökuməti əzəl başdan Suriyaya quru qoşunlar yeritmək ehtimalını istisna edib, buna görə də qonşu Türkiyə və İordaniya bazalarında xüsusi olaraq seçilmiş mötədil Suriya üsyançılarından tərtib olunmuş olduqca güclü ordu yaratmaq təklif olunub.

Bu bazaların fəaliyyət göstərməsi üçün cənab Kamerona beynəlxalq koalisiya təşkil etmək təklif olunub. Hesab edilirdi ki, döyüş qabiliyyətli ordunu bir ildə yaratmaq mümkündür, lakin bu müddət ərzində sürgündə Suriya hökumətinə alternativ hökumət də tərtib etmək olardı.

Üsyançı ordu hazır olduqdan sonra, Qərb ölkələri və Fars Körfəzinin ərəb dövlətləri aviasiyasının yardımı ilə Dəməşqə doğru hərəkət edə bilərdi.

Əslində, quruda əməliyyatı suriyalıların öz üzərinə götürülməsi çıxmaqla, 2003-cü ildə İraqa müdaxilənin əvvəlində tətbiq edilən «şok və həyəcan» strategiyasının təkrarı təklif olunurdu.

 

Əldən buraxılmış məqam

 

Devid Kameron bu plandan istifadə etmədi, lakin bir il öncə, Əsəd rejimi tərəfindən kimyəvi silah tətbiq edildiyi barədə dəlillər üzə çıxdıqdan sonra, o yenidən Suriyada hərbi əməliyyat ideyasına qayıtdı. Dəməşqə hücumu üsyançıların etdiyini israr edir.

Lakin ötən il, avqustda parlament Britaniya silahlı qüvvələrinin Suriyaya hərbi müdaxiləsinin əleyhinə səs verdi.

Birləşmiş Silahlı Qüvvələr Kral İnstitutundan professor Mixail Klark deyir ki, «biz anti-Əsəd qüvvələrinə təlim keçmək imkanını əldən buraxmışıq, o qüvvələr Əsəd devrildikdən sonra Suriyada real nüfuz əldə edə bilərdi, Əsədi isə devirəcəklər».

«Bundan iki-üç il əvvəl olduqca pozitiv rol oynamaq imkanı var idi, - professor sözünə davam edir, - lakin bu, təhlükəli idi, tarix vektoru əks istiqamətə yönəlmişdi, məsarif və qeyri-müəyyənlik faktoru isə böyük».

Hazırda, Klarkın fikrincə, Qərb öz fürsətini əldən buraxıb.

«Bu gün Qərbdə siyasət formalaşdıranlar müəyyən mənada cəsarətli olmalıdırlar ki, sadəcə heç nə etməyib vətəndaş müharibəsindən sonra baş verənlərə hazırlaşsınlar. Suriyada istənilən nəticə pis olacaq. Bu, yavaşıdılmış avtofəlakət kimidir», - o deyir.

Üç il davam edən vətəndaş müharibəsi ərzində Suriyada on minlərlə insan həlak olub, milyonlarla ölkəni tərk ediblər.

 





05.07.2014    çap et  çap et