Sabah (iyulun 6-da) Azad Demokratlar Partiyasının qurultayıdır. Daha öncə də xəbər verdiyimiz kimi, partiya qurultayı qonaqsız keçiriləcək. ADP-nin Qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin sədri Sülhəddin Əkbərin sözlərinə görə, qurultayda yalnız partiya üzvləri və media nümayəndələri iştirak edəcəklər.Hafta.az-a açıqlamasında Sülhəddin Əkbər bunu da bildirib ki, ADP-də ziyalılar üstünlük təşkil edəcəklər. Liberalizm xəttini əsas götürən partiyanın radikal müxalifətdən fərqlənən əsas tərəflərindən biri də bu olacaq.
Qeyd edək ki, partiyanın qurultayı 6 iyul saat 11:00-da VHP-nin qərargahında keçiriləcək. Qurultayda iştirak edən üzvlərin qeydiyyatına isə saat 10:00-dan etibarən başlanılacaq.
çap et