Vaxt.Az

Gürcüstan azərbaycanlıları Milli Şuradan üz çevirdi


 

Soydaşlarımızın “qara siyahı”sında olan kimdir?

Gürcüstan azərbaycanlıları Milli Şuradan üz çevirdi “Rüstəm İbrahimbəyov yaxşı insandır, amma biz onu yox, İlham Əliyevi dəstəkləyəcəyik”. Bu fikirləri Modern.az saytına açıqlamasında Gürcüstan Parlamentinin deputatı Azər Süleymanov bildirib. Azərbaycan müxalifətinin seçkiqabağı yaratdığı Milli Şuranı dəstəkləmədiklərini deyən A.Süleymanov bu işlərin kökündə Rusiyada yaşayan azərbaycanlı iş adamı, “AzərRoss”un keçmiş prezidenti Söyün Sadıqovun dayandığını iddia edib.Onun sözlərinə görə, Söyün Sadıqov Gürcüstan azərbaycanlılarının “qara siyahı”sındadır. Deputat həmçinin Milli Şuranın əleyhinə ciddi ittihamlar səsləndirib.
“Gürcüstanda yaşayan soydaşlarımız Azərbaycanın indiki hakimiyyətini dəstəkləyir. Gürcüstan Azərbaycanlıları belə bir təşkilatı tanımırlar. Bizim adımızdan danışmağa heç kimin haqqı yoxdur. Hamısı Rusiyanın puluna uymuş, Rusiyanın maraqlarına xidmət edən insanlardır. Söyün Sadıqov başqa olmaqla bu insanlar hamısı öz maraqları naminə addım atırlar. Söyün Sadıqovun milyonlar pulu olsa da, Gürcüstanda yaşayan soydaşlarınız üçün bir dənə də iş görməyib. Biz Azərbaycan hakimiyyətini dəstəkləyirik. Bizim adımızdan heç kim alver eləməsin”-deyə A.Süleymanov vurğulayıb.
Gürcüstan parlamentinin üzvü daha sonra məşhur kinodramaturq Rüstəm İbrahimbəyovun prezidentliyə namizədliyindən danışıb. İbrahimbəyovun yaxşı insan olduğunu deyən deputat onun siyasi kursunu dəstəkləməyəcəklərini bəyan edib:
“İbrahimbəyov Moskvada yaşayan ziyalıdır. Biz onun pisliyinə söz deyə bilmərik. Amma onun heç bir xidmətini görməmişik. O namizədliyini versə də, biz prezident İlham Əliyevi dəstəkləyirik. Onun təşkilatını, “Azərros”u filan tanımırıq. Bu insanlar Rusiyanın maraqlarına qulluq etdikləri üçün biz nə onların təşkilatlarını, nə də namizədliklərini qəbul edirik”.
 





12.07.2013    çap et  çap et