Vaxt.Az

«Təhsil zəmanətdir»


 

Eldar Mahmudov gəncləri yad təsirlərə uymamağa çağırdı

«Təhsil zəmanətdir» Azərbaycanın iqtisadi sahədə dinamik inkişaf edən dövlət olması respublikanın bütün regionlarında hiss olunur. Statistika göstərir ki, iqtisadiyyatımız son 10 ildə 3 dəfədən çox artıb. Bu, dünyada ən surətli inkişaf göstəricisidir.


Salamnews xəbər verir ki, bu fikirləri milli təhlükəsizlik naziri, general-polkovnik Eldar Mahmudov MTN-in Heydər Əliyev adına Akademiyasında məzun buraxılışına həsr olunmuş təntənəli mərasimdə bildirib.

Nazir deyib ki, bu, milli təhlükəsizliyə cavabdeh orqanlardan getdikcə daha yüksək bilik səviyyəsi, peşəkarlıq, yüksək xidməti və icra intizamı tələb edir. Gənc əməkdaşlar bunu öz fəaliyyətlərində nəzərə almalıdırlar. Onlar vəzifə borcunun icrasına münasibətdə ilk gündən məsuliyyətli, həm də hər cür yad ideologiya və təsirlərdən uzaq olmalıdırlar. Bu günlərdə Bakıda ATƏT Parlament Assambleyasının 23-cü sessiyası keçirilib. Sessiyada çıxış edən dövlət başçısı deyib: «Avropa Şurasının Nazirlər Komitəsinin sədri kimi qarşımıza qoyduğumuz digər prioritetlərdən biri təhsildir. Biz təhsil sahəsinə böyük investisiyalar qoyuruq, çünki bizə savadlı insanlar, yaxşı mütəxəssislər lazımdır. Eyni zamanda, savadlı insanlar heç zaman xarici təsirə, müdaxiləyə məruz qala bilməz. Təhsil ekstremizmə, radikalizmə və millətçiliyə qarşı zəmanətdir».

O vurğulayıb ki, bu gün Azərbaycan təhlükəsizliyin, sabitliyin hərtərəfli qorunduğu dövlət imicinə malikdir. Bunu ölkəmizin dostları da, rəqibləri də etiraf edirlər. Buna görə də Azərbaycan Respublikasına inam var. Burada beynəlxalq səviyyəli tədbirlər, idman və musiqi yarışları keçirilir.

 





05.07.2014    çap et  çap et