Nümayişçilər vilayətə gələn magistral yolu bağlamağa cəhd edib. Bölgəyə xeyli sayda polis qüvvələri cəlb edilib. Etirazçılar «molotov kokteyli» və fişənglərdən istifadə edib. Polis etirazçıların dağılmasını tələb etsə də aksiya iştirakçıları buna əməl etməyib.
Nəticədə polis təzyiqli su şırnaqlarından istifadə edib. Elə bu vaxt nümayişçilərdən biri polisə odlu silahdan bir neçə dəfə atəş açıb. İki polis ayağından yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib. (ANS Press)