Vaxt.Az

“Artur Rasizadə otağndadır”


 

Nazirlər Kabinetindən təkzib-açıqlama

“Artur Rasizadə otağndadır” Yerli mətbuatda Baş nazir Artur Rasizadənin işə çıxmamağı ilə bağlı müxtəlif məlumatlar yayılıb. Baş nazirin iki həftədir işə çıxmadığı, hazırda xaricdə müalicə olunduğu bildirilir.

Modern.az saytı məsələ ilə bağlı Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli ilə əlaqə saxlayıb. Akif Əli Baş nazir Artur Rasizadənin hal-hazırda işdə olduğunu bildirib.
“Artur Rasizadə həmişəki kimi işdədir. Məzuniyyətə də çıxmayıb. Yazılanlar həqiqəti əks etdirmir. Hazırda baş nazir xaricdə deyil, iş otağındadır”-deyə o, bildirib.
Qeyd edək ki, son günlər Nazirlər Kabineti adından rəsmi sənədlər baş nazirin birinci müavini Yaqub Eyyubovun imzası ilə dərc olunur. Yerli mətbuat da bunu əsas gətirərək A.Rasizadənin müalicəyə getdiyini yazıb.
Nazirlər Kabinetindən verilən məlumata görə, mövcud qanunlar Baş nazir Artrur Rasizadəyə 36 gün məzuniyyətə çıxmağa imkan verir.

 





15.07.2013    çap et  çap et