Vaxt.Az

«Hamısını deyəcəm»


 

Sabirabadda saqqalı qırxılan danışdı

«Hamısını deyəcəm» Sabirabadda dini zəmində baş verən qarşıdurma ilə bağlı bu gün daha bir neçə nəfər saxlanılıb. Hadisənin əsas təşkilatçılarından biri Rəmzi adlı şəxs dünən rayon polis şöbəsinə aparılıb.


Hadisə zamanı təhqirə məruz qalan Kürdəmir rayon Sığırlı kənd sakini Cavanşir Zərbəliyev bildirib ki, bu gün onu Kürdəmir rayon polis şöbəsinin rəisi və onun müavini qəbul edib: «Bir saata yaxın söhbətimiz oldu. Dedilər ki, qanunu pozanlar, məni döyənlər cəzasız qalmayacaqlar. Mən dövlətimə güvənirəm. İnanıram ki, haqsızlıq yerdə qalmayacaq. Sabirabad rayon polis şöbəsindən də zəng etmişdilər. Bu gün təhqiqatçı Kürdəmirə gəlib məni özü ilə Sabirabada aparacaq. Hadisə necə olubsa, hamısını deyəcəm».

 





05.07.2014    çap et  çap et