Vaxt.az Lent.az-a istinadən xəbər verir ki, xanım şairənin oğlu Fərid qəflətən dünyasını dəyişib. Mərhumun ürək tutmasından dünyasını dəyişdiyi bildirilir.
ANS PRESS-in məlumatına görə, bu barədə şairənin sosial şəbəkədəki dostları məlumat verib. Onlar Xanım İsmayılqızına başsağlığı bildirməklə yanaşı, həmçinin mərhumun cavan olduğunu da təəssüflənərək qeyd ediblər.
Orta məktəbini Eldar Məmmədov adına 189 №-li tam orta məktəbdə oxuyan Fərid Əliyev 1996-cı ildə məzun olaraq Azərbaycan Memarlıq və İnşaat Universitetinə daxil olub və oranı da uğurla bitirib.Xatırladaq ki, bu gün torpağa tapşırılan mərhumun üç mərasimi həftənin birinci günü, iyulun 7-də keçiriləcək.