Vaxt.Az
Sabah düzdə cəhənnəm...
...Dağlarda isə cənnət havası olacaq
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, iyulun 15-də Bakı və Abşeron yarımadasında hava yağmursuz keçəcək. Havanın temperaturu gecə 20-25, gündüz 33-38 dərəcə isti olacaq.Abşeron çimərliklərində dəniz suyunun temperaturu 26-28 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında da hava şəraiti əsasən yağmursuz keçəcək.
Havanın temperaturu Aran rayonlarında gecə 20-25, gündüz 33-38, bəzi yerlərdə 40 dərəcə, dağlarda gecə 13-18, gündüz 23-28 dərəcə isti olacağı gözlənilir.
14.07.2013 çap et