Vaxt.Az

Sülhəddin Əkbər partiya lideri oldu


 

ADP təsis qurultayını keçirdi

Sülhəddin Əkbər partiya lideri oldu İyulun 6-da Azad Demokratlar Partiyasının təsis qurultayı keçirilib. Təşkilat Komitəsinin sədri Sülhəddin Əkbər 22 dekabr 2013-cü ildə Təşkilat Komitəsinin yaradıldığını, ötən dövrdə Nizamnamə və Proqramın hazırlandığını qeyd edib.


Qurultayda keçirilən səsvermə nəticəsində partiyanın təsis edilməsi barədə qərar qəbul edilib, Nizamnamə və Proqram qəbul olunub.

S. Əkbər bildirib ki, partiyanın əsas məqsədi liberal dövlət, azad, ədalətli və rifaha əsaslanan cəmiyyət qurmaqdır.

Qurultayda S. Əkbər partiyanın sədri seçilib.

 





06.07.2014    çap et  çap et