Vaxt.Az

Firudin Cəlilovu dövlət müalicə etdirəcək


 

Keçmiş nazir Bayandır xəstəxanasında əməliyyat olunacaq

Firudin Cəlilovu dövlət müalicə etdirəcək Keçmiş təhsil naziri Firudin Cəlilov hazırda Mərkəzi Gömrük Hospitalına yerləşdirilib və müalicəsini dövlət öz üzərinə götürüb. AzVision.az xəbər verir ki, bu barədə özünün «Facebook» səhifəsində Ümid Partiyasının sədr müavini Ramin Hacılı yazıb.


O, qeyd edib ki, gələn həftə isə Firudin Cəlilov Türkiyənin Bayandır Xəstəxanasında əməliyyat ediləcək.

Ramin Hacılı xatırladıb ki, bir neçə gün əvvəl dəyərli ziyalımız, keçmiş təhsil naziri Firudin Cəlilovun səhhətində olan problemlərlə bağlı dövlətə və ictimaiyyətə müraciət etmişdim. Və buna görə o, prezident İlham Əliyevə təşəkkür edib.

 





07.07.2014    çap et  çap et