Xarici İşlər Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, 10 iyul tarixinə qədər Bakıda Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının rəhbərlərinin beşinci müşavirəsi davam edəcək.
Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının rəhbərlərinin müşavirəsi iki ildən bir keçirilir.
Müşavirədə Azərbaycan Respublikasının xarici siyasətinin gündəliyində duran aktual məsələlər və gələcək fəaliyyət istiqamətləri üzrə müzakirələr aparılacaq.