DÇ-2014-ün 1/4 finalında Kolumbiya ilə oyunda onurğa sümüyündən ciddi zədə alan Braziliya millisinin futbolçusu Neymar üçün mundialın başa çatdığı bildirilib. Lakin istedadlı hücumçu komandası finala çıxacağı təqdirdə keyidici iynə vasitəsi ilə meydana çıxa bilər.
Vaxt.Az qol.az-a istinadən xəbər verir ki, futbolçunu xəstəxanada ziyarət edən milli komandanın həkimləri belə qənatə gəliblər ki, Neymar final oyununda ağrıkəsici iynədən istifadə etməklə meydana çıxa bilər.
Ancaq bu üsulla oynamaq «Barselona»lı futbolçunun sağlamlığı üçün təhlükəlidir. Bununla belə Neymar və onun ailəsi həkimlərin təklifi ilə razı olduqlarını bildiriblər.
Qeyd edək ki, Braziliya finala çıxmaq üçün yarımfinalda Almaniyanı məğlub etməlidir.
çap et