Bu olaylar haqda xəbər tutduqdan sonra hadisələrin lap əvvəlindən başlayıb araşdırma aparaq qərarına gəldik. Elə ilk dəqiqələrdə qarşılaşdığımız şəkilləri görüncəyə bu hadisənin təsadüf olması fikirində idik. «Facebook»da hadisəni törədən şəxsin adını axtarışa verdikdə çıxan Rəmzi Zeynalov isimli istifadəçi diqqətimizi çəkdi. Həmin şəxsin profilini incələyən zaman isə qarşılaşdığımız şəkillər bizdə şok effekti yaratdı. Bircə detalı xatırladaq ki, R.Zeynalovun «Hizbullah yaylığı»nı necə əldə etməsi, bu yaylıqda poz verib şəkillər çəkdirməsi şübhələnməyə əsas verir.
Son olaraq bildirək ki, İrandakı bəzi qüvvələrin sabirabadlı dindarlara təsirinin güclü olması barədə bilgilərimiz var. Bu rayonda Aşura günlərində iransayağı şouların təşkili hələ ötən il usta qələm Qabil Abbasoğlunun «Uçan ələm» yazısında ətraflı təsvir olunmuşdu. Son zamanlar müsəlman şərqində baş verənləri də sadaladıqlarımızla yanaşı qoyanda tolerantlığı ilə fəxr etdiyimiz və bunu bütün dünyaya nümunə göstərdiyimiz ölkəmizdə kimlərinsə fitnə salmaq həvəsinə düşdüyü hiss olunur.
P.S. Vaxt.az olaraq həmin şəkillərin «print screen» variantını dərc edirik. Ümid edirik ki, güc strukturları bu məsələ ilə ciddi məşğul olacaqlar.