1928-ci il yanvarın 25-də anadan olub. 1972-1985-ci illərdə Gürcüstan KP MK-nın birinci katibi, 1985-1990-cı illərdə SSRİ-nin xarici işlər naziri olub.
1995-2003-cü illərdə Gürcüstan Respublikasının prezidenti olub.
2003-cü ildən sonra özünün Tiflisdəki evində yaşayıb. O, Mixail Saakaşvilinin siyasətini tənqid edib. «Gürcü arzusu» koalisiyasının siyasətini dəstəkləyib.
2006-cı ildə gürcü dilində onun «Gələcək və keçmiş haqqında düşüncələr» adlı memuarları dərc edilib.