Erməni şərhçi Akop Badalyan bu gün yazdığı məqaləsində bildirir: «Bu, avropalılarda Ermənistana qarşı formalaşmış münasibətlərdən xəbər verir. Artıq Ermənistan Rusiya ilə eyniləşdirilir. Problem də ondadır ki, avropalıların Ermənistanla Rusiyanı eyniləşdirmək üçün əllərində əsas çoxdur».
Badalyan daha sonra vurğulayıb: «İyirmi il ərzində Ermənistanda ölkənin gələcəyini Rusiyadan ayrı şəkildə təsəvvür edən görüş formalaşmayıb. Üstəlik, son illərdə Ermənistanın Rusiya kimi təsəvvür edilməsi üçün mümkün və qeyri-mümkün hər şey edilib».