Hadisə ilə bağlı bildirilib ki, 90 vaqondan ibarət qatar Superior gölünün 30 kilometr şərqində relsdən çıxıb, nəticədə 19 vaqon yükləri ilə birlikdə çaya yuvarlanıb.
Qəzada «Boinq» şirkətinə böyük məbləğdə maddi ziyan dəydiyi bildirilir.
Qəzanı eşidərək gölə axın edən Montanalı vətəndaşlar isə hadisənin necə baş verdiyindən xəbərsiz olduqları üçün əvvəlcə baş verənləri çaşqınlıqla izləyiblər. Daha sonra isə rəsmilər tərəfindən hadisənin baş vermə səbəbi açıqlanıb.