«Şeirlərimi, nəğmələrimi bölüşə-bölüşə sizlərə necə doğmalaşdığımı anladım. Neçə gündü dərdimin içindəyəm. Bu günlərimi mənimlə bölüşərək, yanımda olduğunuza görə, hər birinizə minnətdaram. Kaş ki... Bütün yazılanları oxudum. Gecənin üzünü sizin dualarınızla örtürəm. Çox sağ olun».
O, həmçinin oğluna şeir də həsr edib:
Susuzluqdan yanıram,
Ovcunda su ver içim.
O suya bir az ürəyini qoy,
Bir az hərarətini çilə,
İçim, dirilim damla-damla,
Gilə-gilə...
Sönsün quraqlıq odum,
Qurtum-qurtum doğulum....
OĞLUM...
Qeyd edək ki, şairənin oğlu Fərid ürək tutmasından dünyasını dəyişib.