Qeyd edək ki, adını «İslam Dövləti» (İD) olaraq dəyişdirən İŞİD-in nəzarətində olan Mosulun şimal qəsəbə və kəndlərində ötən gün İraq Hava Qüvvələri tərəfindən həyata keçirilən əməliyyat nəticəsində 2 insan ölüb. Aralarında qadın və uşaqlar da olmaqla 29 nəfər isə yaralanıb.
Şahidlərin sözlərinə görə, türkmənlərdən ibarət 45 minlik Rəşidiyə qəsəbəsi başda olmaqla Türkmən qəsəbə və kəndlərindən qaçan minlərlə insan peşmərgələr tərəfindən Kürdüstana buraxılmayıblar. İraqlı türkmən şahidin dediklərindən: «Mosuldakı kürdlər Kürdüstana getdi. İŞİD sünni ərəblərə toxunmur. Şiələr də cənuba-Nəcəf və Kərbəlaya qaçdılar. Bizim gedəcək yerimiz yoxdur, ortada qalmışıq».
Qeyd edək ki, əsas istəkləri Türkiyəyə getmək olan türkmənlər pasportları olmadığı üçün bu ölkəyə daxol ola bilmirlər.