Sabirabad və digər rayonlarda vəhhabilər, digər bu təriqətin nümayəndələri arasında ziddiyətlərin yarandığı bildirilir. İnsanlar bu vəziyyətdən çox narahatdırlar.
Bu məlumatlarla bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) mətbuat xidmətindən «ANS Press»ə bildirilib ki, komitə ölkədəki dini vəziyyətə nəzarəti həyata keçirir və adıçəkilən məsələlər də diqqət mərkəzindədir. Dövlət Komitəsi bu istiqamətdə araşdırma aparıb müvafiq addımlar atacaq.
«Eyni zamanda bildiririk ki, dini duruma mənfi təsir edə biləcək istənilən addımların qarşısı alınacaq».
Xatırladaq ki, sosial şəbəkələrdə Sabirabadda çəkildiyi iddia edilən bir video yayılıb. Həmin videoda bir qrup şəxs sələfi təriqətinə məxsus şəxsi dövrəyə alıb onun saqqalını qırxdığı əks olunub.