Vaxt.Az

İŞİD FİFA-nı da hədələdi


 

«Raketlərimiz ora da çatır»

İŞİD FİFA-nı da hədələdi Terrorçu «İraq Şam İslam Dövləti» bu dəfə də futbolla bağlı təhdid bəyanatı yayıb. Vaxt.az xəbər verir ki, İŞİD Qətərdə təşkil olunacaq FİFA - 2022 Dünya Çempionatının keçirilməməsi barədə xəbərdarlıq edib.


Bəyanatda bildirilir ki, İslam Xilafət Dövləti qurulub və Dünya Çempionatının keçirilməsi nəzərdə tutulan Qətər dövləti yoxdur: «Qətər artıq İslam Dövlətinin bir parçasıdır. Orada müsəlmanların xəlifəsi və əmiri Əbu Bəlir Bağdadinin sözü keçir. Xəlifə boş oyun və əyləncələrin keçirilməsinə əsla icazə verməz. Buna görə də, FİFA-ya başqa ölkə tapmağı məsləhət görürük. İŞİD-in əlində «Scud» raketləri var. Bu raketlər rahatlıqla Qətərə çata bilər. Amerika da bunu bilir».

 





08.07.2014    çap et  çap et