Vaxt.Az

«Gmail» Azərbaycan dilində


 

«Google»nin dünyada ən çox istifadə olunan e-mail xidməti dil sayını artırdı

«Gmail» <b style="color:red">Azərbaycan</b> dilində Elektron poçt universal ünsiyyət vasitəsidir. «Google» şirkəti elektron poçt üzərində ünsiyyətin həqiqətən də universal olması üçün xeyli işlər görür. AzVision.az-ın məlumatına görə, indiyə qədər «Gmail» 58 dildə fəaliyyət göstərirdi. Lakin bu gün şirkətin rəsmi məlumatında bu dillərin sayının 71-ə çatması barədə məlumat yerləşdirilib.


Siyahıya əlavə edilən dillər siyahısında Azərbaycan dilidə var.

Siyahıya daxil olan yeni dillər siyahısına isə afrikans, erməni, çin (honkqonq), fransız (Kanada), gürcü, khmer, laos, monqol, nepal, qalis, sinqal və zulu dilləri daxildir. 

İstifadəçilər yeni əlavə olunan dilləri bu gündən etibarən «Gmail»in web və smartfonlar üçün olan tətbiqlərində öz poçtlarına əlavə edə bilərlər.

 





08.07.2014    çap et  çap et