Vaxt.Az

Stalini canlandıran öldü


 

Bakı ermənisi olan Saakyan 36 filmdə diktatoru oynamışdı

Stalini canlandıran öldü Sovet və Rusiya kinematoqrafiyasında 36 dəfə Stalin obrazını canlandıran Georgi Saakyan 88 yaşında dünyasını dəyişib.


Modern.az rus mətbuatına istinadən xəbər verir ki, 1926-cı il martın 27-də Bakıda anadan olmuş Saakyan eyni obrazın ifaçısı kimi «Rusiya Rekordlar Kitabi»na düşüb. İlk dəfə 1980-ci ildə SSRİ-Fransa ortaq filmi olan «Tehran-43»də məşhur diktatoru canlandıran Saakyan hər yeni filmində bu obraza qayıdış edib. Sonuncu dəfə o, 2006-cı ildə «Stolıpin…yarımçıq qalan dərslər» serialında İosif Stalin obrazını canlandırıb.

Xatırladaq ki, Georgi Saakyan 1990-cı ilin yanvarına qədər Bakıda yaşayıb.

 





08.07.2014    çap et  çap et