Vaxt.Az

Müşfiqabadda vəhhabiliyin dəhşətli sonu


 

Oğlunun Suriyada ailəsi ilə öldüyünü eşidən atanın ürəyi dözmədi

Müşfiqabadda vəhhabiliyin dəhşətli sonu Daha üç azərbaycanlının cəsədi Suriyadan Bakıya göndərilib. Bu sensasion xəbəri Axar.az-a verən qaynağın sözlərinə görə, Bəşər Əsədə qarşı döyüşlərdə iştirak etmiş Əmrah Məmmədov ailəsi ilə birlikdə həlak olub.


Qəsəbə sakinlərinin sözlərinə görə, Ə.Məmmədov Suriya hadisələrindən əvvəl vəhhabi təriqətinə qoşulub. Atası Qüdrət Məmmədov oğlunu bu yoldan döndərmək üçün onu evləndirib. Lakin bu da heç bir nəticə verməyib. Əmrah evləndikdən bir müddət sonra yeni doğulan körpəsini və həyat yoldaşını götürərək, Suriyada döyüşlərdə iştirak etməyə yollanıb. 

Gedişindən az sonra isə Ə.Məmmədov haqda atasına telefon vasitəsilə məlumat verilib. Qüdrət kişi öyrənib ki, doğrudan da oğlu Əmrah həyat yoldaşı və 1 yaşlı övladı ilə birlikdə Suriyada gedən döyüşlərdə öldürülüblər. 

Bu dəhşətli xəbəri eşidən ata ürək tutmasından yerindəcə keçinib.

Dünən Müşfiqabad qəsəbəsində Qüdrət kişinin 3 mərasimi verilib. Oğlunun və ailəsinin nəşindən isə hələ xəbər yoxdur. 

Bu faciənin qəsəbə sakinlərini şoka saldığı bildirilir. 

Qeyd edək ki, hazırda «İraq və Şam İslam Dövləti», eləcə də Əl-Nusra silahlı qruplaşmalarında onlarla azərbaycanlının iştirak etdiyi barədə xəbərlər yayılır.

 





08.07.2014    çap et  çap et