Qeyd edək ki, İŞİD-in bayrağı qara parçanın üzərində yuxarıda «La ilahə illəllah» («Allahdan başqa Allah yoxdur») yazısı, ortada isə ağ dairəvi fonda ərəbcə «Allahın rəsulu Məhəmməd» (s.ə.s) (və ya «Muhəmmədən Rəsulallah») yazı əks olunub. Məhz ortadakı yazı İslam Peyğəmbərinin (s.ə.s) möhürü hesab olunur. Bu mənada sözügedən avtomobil sahibi pərdəyə İslam Peyğəmbərinin (s.ə.s) möhürünü vurduğunu da iddia edə bilər. Yeri gəlmişkən, Türkiyədə Harun Yəhya kimi tanınan Adnan Oktar da bu möhürdən istifadə edir. Ancaq hazırda bu möhürün elə də geniş yayılmadığı və əsasən İŞİD-in bayrağı kimi tanındığı sirr deyil. Yəni bu günə qədər kimsə Peyğəmbər möhürünü avtomobilinə pərdə olaraq vurmadığı üçün pərdə sahibinin məqsədinin İŞİD-i təbliğ etmək olduğunu demək olar.