Vaxt.az AzərTAc-a istinadən xəbər verir
ki, Fransa Silahlı Qüvvələrinin nümayəndələri ilə birgə məşqlərə başlayan
zabitlərimiz Azərbaycan Respublikasının bayrağını ilk dəfə olaraq iyulun 14-də
Parisdə keçiriləcək hərbi paradda dalğalandıracaqlar.
«Azərbaycan ilə Fransa arasında mövcud olan dostluq əlaqələri son zamanlar
müdafiə sahəsində də əməkdaşlığın uğurlu inkişafına şərait yaradıb. Azərbaycan
Respublikası Müdafiə Nazirinin bu ilin yanvarında Fransaya rəsmi səfəri zamanı
əldə edilən razılıq ikitərəfli hərbi əlaqələrin inkişafı üçün geniş imkanlar
açıb. Fransanın milli bayramı münasibətilə keçiriləcək paradda ilk dəfə
Azərbaycan Silahlı Qüvvələrinin zabitlərinin iştirakı ölkələrimiz arasındakı
sıx dostluq münasibətlərinin və əməkdaşlığın bariz nümunəsidir» - deyə, dövlət
agentliyinin yaydığı məlumatda bildirilib.