Vaxt.Az
YAP toplayacağı imzaların sayını açıqladı
Partya Seçki Məcəlləsinin tələblərini özü üçün yetərli saymır
Yeni Azərbaycan Partiyasının (YAP) Bakı, Abşeron, Sumqayıt təşkilatları üzrə İlham Əliyevin Prezidentliyə namizədliyinin qeydə alınması üçün 12 100 imza toplanacaq. Trend-in məlumatına görə, bu barədə YAP Xətai rayon təşkilatında Prezidentliyə namizədin qeydə alınması üçün seçici imzaların toplanması ilə bağlı keçirilən seminarda partiyanın icra katibinin müavini Siyavuş Novruzov bildirib.Novruzov qeyd edib ki, Seçki Məcəlləsinə görə bir namizəd üçün ümumilikdə 40 min seçici imzası toplanılmalıdır: "YAP öz namizədinin müdafiəsi üçün 1 milyonadək imza toplaya bilər. Seçki Məcəlləsinin digər tələblərinə görə azı 60 dairədən imzalar toplanmalıdır. Lakin YAP İdarə Heyəti qərar qəbul edib ki, bütün 125 dairədən imza vərəqələri toplanılsın".
Novruzov qeyd edib ki, YAP-ın Bakı, Abşeron, Sumqayıt üzrə 200 minə yaxın üzvü var və həmin ərazidən 12 100 imza toplayacaq ki, bu da partiya üzvlərinin 8 faizini təşkil edir.
Qeyd edək ki, Azərbaycanda prezident seçkisinin payız aylarında keçirilməsi nəzərdə tutulur.
AzNews.az
16.07.2013 çap et