Maraqlı olan burasıdır ki, qurumun rəhbəri Samit Yakovlev azərbaycanlıdır.
Xatırladaq ki, Samit Yakovlevin həm babası, həm də anası azərbaycanlıdır. Babası Sabit Orucov 1912-ci il mayın 30-da Bakıda doğulub. Orta təhsilini Bakıda alıb, 1931-36-cı illərdə Azərbaycan Neft Sənayesi İnstitutunda oxuyub.
1946-47-ci illərdə SSRİ Neft Sənayesi Nazirliyində şöbə müdiri, 1947-49-cu illərdə «Krasnodarneft» Birliyində rəisin birinci müavini-baş mühəndis, 1949-53 və 1955-57-ci illərdə SSRİ Neft sənayesi nazirinin müavini, 1957-59-cu illərdə Azərbaycan Xalq Təsərrüfatı Şurasının sədri, Nazirlər Soveti sədrinin müavini, 1959-62-ci illərdə Azərbaycan Nazirlər Sovetinin SSRİ Nazirlər Sovetindəki nümayəndəsi, 1962-65-ci illərdə SSRİ Dövlət Plan Komitəsində neft və qaz sənayesi məsələlərinin kuratoru, 1965-72-ci illərdə SSRİ Neft Sənayesi nazirinin birinci müavini, 1972-81-ci illərdə SSRİ Qaz Sənayesi naziri olub.
Sabit Orucov dəfələrlə Azərbaycan və SSRİ Ali Sovetlərinə deputat seçilib, orden və medalları ilə təltif olunub.
O, 1981-ci il aprelin 20-də Moskvada vəfat edib və Novodeviçi məzarlığında dəfn olunub.
Samitin anası rus mühəndis Dmitri Yakovlevə ərə gedib. Onlar hazırda Moskvada yaşayırlar.