Vaxt.Az

«Belə çıxır ki, məni evləndirəcəklər»


 

Tağı Əhmədov: «Mənim xəbərim yoxdur?»

«Belə çıxır ki, məni evləndirəcəklər» Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədov bəzi mətbu orqanlarda Ağcabədiyə icra başçısı vəzifəsinə təyin olunacağı barədə yayılan məlumatlara münasibət bildirib.


T.Əhmədov Publika.az-a açıqlamasında yayılan məlumatlardan xəbərsiz olduğunu söyləyib:

«Mən bu cür məlumatı ilk dəfə sizdən eşidirəm. Necə vəzifədir ki, mənim xəbərim yoxdur? Belə çıxır ki, jurnalistlər sabah xəbərim olmadan məni evləndirəcəklər. Hamısı, yalan söhbətlərdir».

Xatırladaq ki, bəzi mətbu orqanlarda «Bakı Metropoliteni»nin keçmiş sədri Tağı Əhmədovun Ağcabədiyə icra başçısı təyin olunacağı ilə bağlı xəbərlər yayılıb.

 





09.07.2014    çap et  çap et