Nazir vurğulayıb ki, bəzən həkimlərə qarşı haqsız tənqidlər də olur: «İnsanlar özlərinin, doğmalarının sağlamlıqları ilə bağlı məsələlərə həssaslıqla yanaşırlar. Onları anlamalı və heç zaman ruhdan düşməməliyik».
O.Şirəliyevin sözlərinə görə, həkimlər xeyirxahlıqlarını insanlardan əsirgəməməlidirlər. «Azərbaycanda ana və uşaqların sağlamlığının qorunması bizi üçün vacib məsələdir. Son illər bu sahədə böyük işlər görülüb. Amma istədiyimiz nəticəni birdən-birə əldə etmək çətindir». Səhiyyə naziri bildirib ki, bu ilin 5 ayı ərzində ölkədə 63 minə qədər doğuş olub. Ana ölümlərinin də baş verdiyini deyən nazir qeyd edib ki, hər bir belə hadisə bizim üçün faciədir. «Hər konkret halın səbəbləri araşdırılır, ana ölümlərinin tamamilə qarşısının alınması üçün müvafiq tədbirlər görülür».