Vaxt.Az

Nazirdən yeni əmr


 

Şagirdlərin sinifdən-sinfə qaydalar təsdiqləndi

Nazirdən yeni əmr Təhsil nazirinin 1 may 2014-cü il tarixli 522 nömrəli əmri ilə «Ümumi təhsil müəssisələrində şagirdlərin sinifdən-sinfə keçirilməsi haqqında müvəqqəti Qaydalar» təsdiq edilib.

Təhsil Nazirliyindən Vaxt.az-a verilən məlumata görə, həmin qaydaların 6-cı və 7-ci bəndlərinin tətbiqi ilə əlaqədar təhsil nazirinin 2 sentyabr 2013-cü il tarixli 792 nömrəli əmri ilə təsdiq olunmuş «Ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılmasına dair müvəqqəti təlimat»ın illik qiymətin çıxarılması ilə bağlı 4.14-cü bəndində müvafiq dəyişikliklərin edilməsinə ehtiyac yaranıb.

Qeyd olunanları nəzərə alaraq təhsil nazirinin əmrinə əsasən, şagirdin illik qiymətinin hesablanması qaydası təsdiqlənib.

Bütün məktəblərə şagirdin illik qiymətinin çıxarılması cədvələ uyğun hesablanması tapşırılıb.


 





09.07.2014    çap et  çap et