Gender balansı və yeni gələnlərin sayı baxımından indiki Parlamenti əvvəlki ilə müqayisə etməyə dəyər. Qadın parlamentarilərin sayı 2009-cu ildəki 35,05 faiz göstəricidən 2014-cü ildə 36,88 faizə yüksəlib. Təkrar seçilənlərin sayı isə 2009-cu illə müqayisədə 2014-cü ildə 49,59 faizdən 49,4 faizə düşüb.
Buna baxmayaraq, ölkələr arasında da nəzərə çarpacaq fərqlər var. Ən çox qadın parlamentari Maltadan (66,67 faiz), ən azı isə Litvadan (9,09 faiz) seçilib. Alman parlamentarilərin 69,79 faizi təkrar seçilməklə Aİ ölkələri arasında birinci yerdə gəlirlər. Yunanıstandan heç kəs təkrar seçilməyib.
Ən yaşlı parlamentari Yunanıstanın GUE/NGL qrupundan Emmanuil Glezosdur. Parlamentin ən gənc üzvü isə ECR qrupunun danimarkalı üzvü, 26 yaşlı Anders Primdahldır.