Avropalı diplomatların sözlərinə görə, siyahıya daha 11 Rusiya və Ukrayna vətəndaşının adı daxil edilib.
«Siyahı əsasən, ukraynalı separatçılardan ibarətdir. Siyahıya bir və ya iki Rusiya vətəndaşının adı da daxildir» – deyə, diplomatik mənbə bildirib.
Aİ-nin tətbiq etdiyi sanksiyalar siyahısına kimlərin adının daxil edilməsi barədə məlumat yaxın vaxtlarda açıqlanacaq. Böyük ehtimalla Aİ-nin bu qərarı şənbə günündən etibarən qüvvəyə minəcək.