Vaxt.Az
“Ağzına gələni danışır”
AXC-nin veteranları Mütəllibovu topa tutdu
Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibovun AXC hakimiyyətinin Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) təşəbbüsü ilə yaradılması haqda səsləndirdiyi fikiləri ciddi rezonans doğurub. Keçmiş prezidentin fikrincə, 1989-cu il 16 iyulda o vaxtkı Dövlət Təhlükəsizlik Komitəsinin təşəbbüsü ilə AXC yaradılıb.Mütəllibovun bu fikirləri gözlənildiyi kimi səssiz qarşılanmayıb. AXC İdarə heyətinin üzvləri eks-prezidenti tənqid atəşinə tutublar.
Keçmiş prezidentin ittihamına münasibət bildirən politoloq Hikmət Hacızadə Modern.az-a açıqlamasında Mütəllibovun yalan dediyini bildirib.
“Nə oldu hamı DTK oldu bir bundan başqa? Əsl DTK elə Ayaz Mütəllibovun özüdür. O, yalan danışıb təkzib edirəm. Vəssalam”.
AXC-nin yaradılmasında böyük rolu olmuş Sabit Bağırov da keçmiş prezidentin dediklərini yalan və böhtan adlandırıb. “O qurumu yaradanlardan biri də mənəm. Yüz faiz bilirəm ki, orda elə bir şey olmayıb”.
AXC idarə heyətinin ilk üzvlərindən və Azərbaycan Milli Azadlıq Hərəkatının aparıcı şəxslərindən biri olan Etibar Məmmədovun isə cavabı daha maraqlı olub: “Müsahibə verib verib də. Onlar hamısı yaşlandıqca yaddaşlarını itirirlər”-deyə ironiyasını gizlətməyib.
15.07.2013 çap et